Mili komandamızın forvardı Mahir Emreli bu gün Türkiyənin “Konyaspor” klubu ilə müqavilə imzalayacaq.
Hücumçu mövsümün sonuna qədər icarə əsasında Türkiyə təmsilçisinin şərəfini qoruyacaq. Müqavilədə “Konyaspor”un Mahiri birdəfəlik transfer etmək hüququ da var. Bu arada “Dinamo” Zaqreb futbolçumuzun transfer qiymətini də açıqlayıb. Türkiyə təmsilçisi hücumçunu transfer etmək istəsə 2 milyon 500 min avro ödəməlidir.